İlk "Asan İmza" alanların nəzərinə

15:36 | 04.07.2016
İlk

İlk "Asan İmza" alanların nəzərinə

Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi vergi ödəyicilərinə müraciət edib.

ANN.Az xəbər verir ki, müraciətdə 2013-cü ilin iyulunda ilk Asan İmza sertifikatı almış vergi ödəyicilərinin bu sertifikatları yeniləməli olduğu bildirilir.

Məlumatda deyilir ki, Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan, 2013-cü ilin iyul ayında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin iyul ayında bitir. Yeni Asan İmza sertifikatı almaq üçün "ASAN Xidmət" mərkəzlərinə və ya Nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır.

Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet səhifəsinin "Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html), asxm.gov.az internet ünvanına və ya [email protected] elektron poçtuna müraciət etməklə məsələ ilə bağlı əlavə məlumat almaq olar.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb