VISA və MASTERCARD arasında fərq nədən ibarətdir?- MARAQLI məlumatlar

22:25 | 23.05.2015
VISA və MASTERCARD arasında fərq nədən ibarətdir?- MARAQLI məlumatlar

VISA və MASTERCARD arasında fərq nədən ibarətdir?- MARAQLI məlumatlar

Əgər ölkə xaricinə səfər planlaşdırırsınızsa, təqdim etdiyimiz məlumatlarla mütləq tanış olmalısınız!

Ölkə hüdudlarını tərk edərkən nəğd pula deyil, bank kartına malik olmaq daha sərfəlidir. Kartın müsbət cəhətləri arasında nəğd pul gəzdirməyə ehtiyac qalmaması, gömrükdə nəğd pul miqdarını bildirmək məcburiyyətindən azad olma, əmtəə və xidmətlərin ödənilməsində asanlıq və digər rahatlıqlar yer alır. Beləliklə kartlar hamıya lazımdır. Lakin əsas məsələ hansı kartın daha lazımlı olduğunu müəyyənləşdirməkdir.

Tez-tez səsləndirilən iddialar: "Visa ABŞ-ın , MasterCard isə Avropanın ödəmə sistemidir",- bu tam doğru deyil. Hər iki ödəniş sistemi artıq uzun müddətdir ki, beynəlxalq xarakter daşıyır. Bunun üçün ödəniş sisteminin tam adına fikir vermək kifayətdir: Visa International Service Association (VİSA) və MasterCard Worldwide.

Bundan daha vacib incəliklər mövcuddur.

Visa ödəniş sistemi üçün əsas valyuta ABŞ dollarıdır. Bu o, anlama gəlir ki, valyutaların konversiyası ilə əlaqəli əməliyyatlar dollar vasitəsilə həyata keçiriləcək. MasterCard ödəniş sistemi üçün əsas valyuta həm ABŞ dolları, həm də avro ola bilər. Məhz bu vacib xüsusiyyətdir! Yəni ki, əməliyyatlar ya Avro, ya da dollarla aparıla bilər.

Kartların misalında bir neçə vəziyyətə diqqət yetirək:

Sizin hesabınız Azərbaycan manatı (AZN) ilədir. Almaniyadasınız. Alış-verişə görə hesabın avro ilə ödənilməsi.

Visa: AZN> USD > EUR
MasterCard: AZN > EUR
MasterCard daha sərfəlidir- cəmi bir konversiya.
Hesabınız avro ilədir. Parisdəsiniz . Alış-verişə görə hesab avro ilə ödənilir. 
Visa: EUR > USD > EUR
MasterCard: EUR
MasterCard açıq surətdə sərfəlidir - konversiya yoxdur. Visa ilə isə mütləq qaydada itki ilə üzləşəcəksiniz, burada ikiqat konversiya baş verəcək. Həm də konversiyalardan biri ödəmə sistemi, ikincisi isə bankınız tərəfindən həyata keçiriləcək. 
Hesabınız dollarladır. ABŞ-dasınız. Alış-verişə görə hesab dollar ilə ödənilir.
Visa: USD
MasterCard: USD > EUR > USD
Visa-da konversiya yoxdur, MasterCard ilə isə ikiqat konversiya səbəbindən pulunuzun bir hissəsini itirəcəksiniz. 
Hesabınız manatladır. İsveçdəsiniz. Alış-verişə görə hesab İsveç kronu ilə ödənilir (İsveç avro zonasına daxil deyil).
Visa: AZN> USD > EUR > SEK və ya AZN> USD > SEK
MasterCard: AZN> EUR > SEK
MasterCard ilə ikiqat konversiya baş verir. Visa ilə isə iki, hətta üç konversiya ola bilər! Məsələ burasındadır ki, Avropada bir çox əməliyyatlar avro vasitəsilə həyata keçirilir, bu səbəbdən üçqat konversiya mümkündür. 
Nəticə:
Avropada ən yaxşısı MasterCard istifadə etməkdir.
ABŞ-da Visa istifadəsi məqsədə uyğundur.
Rusiyada isə fərq yoxdur. (salamnews)




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM