3 saat ərzində elektron viza veriləcək

23:21 | 04.07.2017
3 saat ərzində elektron viza veriləcək

3 saat ərzində elektron viza veriləcək

Yaxın gələcəkdə Azərbaycanda "ASAN viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limanında deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək.

anews.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşündə deyib.

Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə "ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsilə viza almaq imkanına malikdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb