Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

13:05 | 07.03.2019
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Anews.az "azərtac"a istinadla xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanmış məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı,

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu gözəl bayram Sizi qarşıdan gələn yazın istisi, yaxınlarınız və dostlarınızın diqqəti və qayğısı ilə isindirsin.

Qoy həyat yolunda daim uğur yanınızda olsun, evinizdə isə harmoniya və sevgi mühiti hökm sürsün. Sizə can sağlığı və ən yaxşı arzularımı çatdırıram".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb