Whatsapp-dan yeni "bomba"

10:30 | 26.07.2015
Whatsapp-dan yeni

Whatsapp-dan yeni "bomba"

Dünyanın ən populyar səsli mesajlaşama sistemi olan "Whatsapp" daha bir yenilik etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu dəfə yenilik səsli danışıqla bağlı olacaq. Belə ki, artıq danışıqlar internet paketinizdən hesablanmayacaq. 

"WhatsApp" yeni tədbiqetməsi ilə səsli danışıq sistemini daha da təkmilləşdirib. Hələlik yenilik ancaq "Android" cihazlarda çalışacaq və "Google Play"dən təqdim edilməyəcək. 

Yenilik sayəsində interneti az olanlar limiti keçmədən rahat-rahat danışa biləcəklər. Bunun hələlik hansı yollarla mümkün olacağı barədə isə ətraflı məlumat verilməyib. 




Mesajlaşma sistemi bir neçə il öncə Facebook tərəfindən alınıb 
 

Whatsapp dünyada ən çox istifadə edilən proqramlardandır


Bundan başqa danışıqlarınızı "Google Drive"da yükləyə biləcəksiniz. Hələlik bu xidmət üzərində iş yekunlaşamayıb. 

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp", demək olar ki, artıq ən çox istifadə olunan ünsiyyət vasitələrindəndir. Facebook tərəfindən satın alınan xidmət qısa zaman ərzində bir çox yeniliklərə imza atıb. Bunların arasında mesajların oxunduğunu göstərən qoşa mavi xətt, səsli danışıq, yeni dizayn və sairə var. Bundan əlavə yaxın zamanlarda "Whatsapp"a Facebook-dakı kimi bəyənmə (like) düyməsidə gələcək. 
 


Mesajların oxunduğunu göstərən qoşa mavi xətt
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb