“WikiLeaks” Türkiyədəki hərbi çevrilişlə bağlı gizli sənədlər açıqlayacaq

20:23 | 18.07.2016
“WikiLeaks” Türkiyədəki hərbi çevrilişlə bağlı gizli sənədlər açıqlayacaq

“WikiLeaks” Türkiyədəki hərbi çevrilişlə bağlı gizli sənədlər açıqlayacaq

Məxfi sənədləri və yazışmaları yaymaqla məşhurlaşan  "WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatı Türkiyədəki hərbi çevriliş hadisəsi ilə bağlı çoxlu sayda sənəd açıqlayacağını elan edib.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, "WikiLeaks” bunu özünün rəsmi "Twitter” səhifəsində bildirib.
 
"Türkiyə çevrilişi” etiketi ilə verilən açıqlamada "Türkiyənin siyasi güc iyerarxiyası” haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM