• $
  • €
  • ₽
  • ₺
  • £

Müxalifət Erdoğandan mandat istəyir

Müxalifət Erdoğandan mandat istəyir
18.08.2015 13:13
Türkiyədə AKP-nin Milliyyətçi Hərəkat Partiyası ilə uğursuz danışıqlarından sonra mandatın CHP-yə verilməsi üçün bu partiyanın MHP və HDP tərəfindən dəstəklənməsi zəruridir.

Türkiyədə Milliyyətçi Hərəkat Partiyası (MHP) Recep Tayyib Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiyaya girməkdən imtina etdikdən sonra, hökumət mandatı ona qaytarıla bilər.

CHP mandatı qəbul etməyə hazır olduğunu bildirib. 

Beləliklə, baş nazir Ahmet Davutoğlu yeni hökumətin təşkili ilə bağlı yaranmış siyasi düyünü çözə bilməyib.

MHP ilə koalsiya danışıqlarının iflası Türkiyədə pərakəndə və zəif hökumət kabinetinin təşkil ediləcəyi barədə proqnozları doğrulda bilər.

Erdoğanın AKP partiyası iyunun 7-də keçirilmiş ümumi seçkilərdə ona təkbaşına hökumət qurmaq imkanı verəcək çoxluqdan məhrum olub. Bununla da, 2002-ci ildən bəri ilk dəfə olaraq AKP təkbaşına hökumət təşkil edə bilmir.

Təhlilçilərin fikrincə, belə vəziyyətdə Türkiyədə 1990-cı illərin zəif koalisiyaları zamanı yaranmış kövrək situasiya təkrar oluna bilər.

Koalisya cəhdləri ətrafında yaranmış böhran hazırda ölkəni bürümüş təhlükəsizlik böhranı ilə eyni vaxta təsadüf edir.

MHP lideri Devlet Bahceli ilə danışqılardan sonra Davutoğlu tərəflərin ortaq məxrəcə gələ bilmədiklərini bəyan edib.

Davutoğlunun sözlərindən bəlli olur ki, MHP AKP-nin heç bir şərtini qəbul etməyib.

O bildirib ki, hazırkı vəziyyət koalisiyanın yaradılmasını mümkünsüz edir və o, yaranmış situasiyanı prezident Erdoğanla müzakirə edəcək.

Ahmet Davutoğlu qeyd edib ki, lazım gələrsə hökumətin təşkili mandatını prezidentə qaytaracaq.

Türkiyə mediası bildirir ki, bu halda Erdoğan müxalif CHP-yə müraciət etməli olacaq.

CHP deyib ki, yeni hökumət təşkil etməyə hazırdır.

"Biz inanırıq ki, baş nazir Ahmet Davutoğlu demokratik legitimliyə  və milli iradəyə ehtiram göstərərək mandatı prezidentə qaytaracaq. Biz gözləyirik ki, prezident mandatı CHP lideri Kemal Kılıcdaroğluna verəcək” – deyib CHP sözçüsü Haluk Koç.

Lakin mandatın CHP-yə verilməsi üçün bu partiyanın MHP və HDP tərəfindən dəstəklənməsi zəruridir. 

Əksər analitiklər bu qənaətdədirlər ki, hadisələr erkən seçkiyə doğru inkişaf edir. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol