• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın əhalisi iki dəfə azalacaq

Rusiyanın əhalisi iki dəfə azalacaq
26.08.2015 16:45
Rusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun direktoru Yuri Krupnov 2050-ci ildə ölkə əhalisinin 2 dəfə azalacağının proqnozlaşdırıldığını deyib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, demoqrafın fikrincə, 2050-ci ildə ölkəsində əhalinin sayı indiki 143,3 milyondan 80 milyona qədər azalacaq.

Onun sözlərinə görə, regionlarda gəlirlərin aşağı olması, gənclərin sosial səbəblərdən ailə qurmaq istəməmələri əhalinin azalmasına təsir göstərən amillərdəndir.   2015-ci ildə Rusiyada ölüm hallarının 2014-cü illə müqayisədə 5,2 faiz artması da Yuri Krupnovun proqnozunda yer alıb.
Rusiyada orta ömür 63 ildir ki, bu da Afrikanın Ruanda dövləti ilə müqayisədə 1 il çoxdur. Şimal qonşumuzun qadın sakinlərinin kişilərlə müqayisədə ortalama 12 il çox yaşaması yalnız Belarus və Suriya ilə müqayisə oluna bilər.  

Avropada yeniyetmələr arasında intihar hallarına görə 1-ci, dünyada isə 4-cü olan Rusiya son vaxtlar həm də neftin qiymətinin ucuzlaşması və Qərbin sanksiyaları ilə üzləşərək daha dərin demoqrafik böhrana girib.

Yuri Krupnovun sözlərinə görə, 23 milyon vətəndaşının kasıblıq səviyyəsindən aşağı yaşadığı Rusiyada doğum göstəricilərinin azalması və ölüm hallarının artması yaxın illər üçün ən real təhlükədir.    

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol