• $
  • €
  • ₽
  • ₺
  • £

Günəşdə qəfil geomaqnit qasırğası başlayıb

Günəşdə qəfil geomaqnit qasırğası başlayıb
27.08.2015 21:23
Elçin Babayev: "Risk qrupuna daxil olan insanlar həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidirlər”


Günəşin səthində cəmi 45 ləkənin və 1 fəallıq qrupunun (ləkələr toplusunun) müşahidə olunmasına baxmayaraq, dünən başlayan geomaqnit həyəcanlaşması bu gün ərzində geomaqnit qasırğasına çevrilib.
 
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 6-ya çatıb (maksimum 9-dur). Günəş səthində müşahidə olunan AR2403 nömrəli böyük ləkə qrupu mürəkkəb maqnit sahəsinə malikdir, lakin Günəşin fırlanması səbəbindən tezliklə onun diskinin arxasına keçəcək: "İxtiyari alışma bizim üçün demək olar ki, təhlükəsiz olacaq. Lakin yaxın 2 gün ərzində alışma baş verəcəyi təqdirdə (bu alışma isə güclü – rentgen sinfinə mənsub ola bilər) radiodalğalarda qısamüddətli sönmələr (və ya "donmalar”) və radiasiya fırtınaları yarada bilər. Günəşdəki hazırkı geomaqnit qasırğasının səbəbi planetlərarası maqnit sahəsinin (PMS) Z komponentinin qəflətən cənub istiqamətini göstərməsi olub. Bu halda Günəş küləyinin yüksək enerjili plazma zərrəcikləri asanlıqla Yer maqnitosferinə daxil olur və Yerim maqnit sahəsində həyəcanlaşma yaradır”. 
 
 
E. Babayev deyib ki, qasırğa getdikcə nisbətən zəifləsə də, geomaqnit həyəcanlaşması yaxın 3 gün ərzində davam edəcək. Bunun səbəbi Günəş səthində hazırda mövcud olan "tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq  ("tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir): "Sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, lakin risk qrupuna daxil olan insanlar həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidirlər”.       

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol