• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yeni nazirlərə bəd xəbər

Türkiyədə yeni nazirlərə bəd xəbər
29.05.2020 07:58
Nazirlərin səlahiyyətləri daxilində olan birbaşa və bilavasitə bütün təyinatları dayandırıb.

Türkiyədə ötən həftə qurulan və MHP-dən 1, HDP-dən 2 millət vəkilinin də üzv olduğu nazirlər kabineti sürprizlə qarşılaşıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, baş nazirlik müvəqqəti seçki hökuməti üçün nazirlərin səlahiyyətləri daxilində olan birbaşa və bilavasitə bütün təyinatları dayandırıb. 

Ankara kulvarlarında bu addımın, PKK-nın siyasi qolu olan HDP-li 2 nazirə görə, yəni terror təşkilatına açıqdan dəstək verən bu şəxslərin edəcəyi təyinatların qarşısını almaq üçün atıldığı bildirilir. 

Bu məqsədlə baş nazir Əhməd Davudoğlu nizamnamə imzalayıb. Həmin sənədə görə, bəzi kiçik istisnalar olmaqla hökumətdə bütün təyinatlar dayandırılıb. 

Nazirlər hətta öz səlahiyyətləri altında olan bir məmurun vəzifəsini qaldıraraq onu şöbə müdiri kimi təyin edə bilməyəcək. Müşavir, müşavir köməkçisi, baş direktor, baş direktorun müavini, departament rəisi kimi təyinatlar üç tərəfli imza ilə mümkün olacaq. Yəni bu kimi təyinatlarda nazir, baş nazir və prezidentin imzası olmalıdır. 

HDP-dən Əli Heydər Koncanın rəhbərlik etdiyi Avropa Birliyi Nazirliyindən nazirin təlimatı ilə getdikləri işgüzar səfərlərdə əməkdaşlar ancaq baş nazirin izni ilə Avropada görüşlər keçirə biləcəklər. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol