• $
  • €
  • ₽
  • ₺
  • £

11 sentyabr hadisələrindən 14 il ötür

11 sentyabr hadisələrindən 14 il ötür
11.09.2015 09:00
Kamikadze hücumu edən terrorçular DTM-ni yerlə bir etdilər

Bu gün Birləşmiş Ştatların əl-Qaidə terrorçu qrupu tərəfindən hücuma məruz qalmasının 14-cü il dönümüdür. 2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdilər. Terrorçulardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum etməklə binaların dağılmasına səbəb oldular. 



Digər təyyarələrdən biri Pentaqonun binasına dəyərək binanın bir hissəsini uçurmuşdu. Təyyarələrdən biri isə hədəfə çatmadan qəzaya uğramışdı. Rəsmi məlumata görə, hücumlar nəticəsində 19-u terrorçu olmaqla 3 minə yaxın insan öldürüldü. Bu hadisələr Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşdü. 



Usama Bin Ladenin başçılığı altında törədilən terror aktına cavab olaraq bir qədər sonra rəsmi Vaşinqton Əfqanıstanda hərbi əməliyyatlara başladı. NATO-nun bu ölkədə uzun müddət çəkən hərbi əməliyyatlarından sonra 2 may, 2011-ci il tarixində Usama Bin Laden 54 yaşında xüsusi əməliyyatlar nəticəsində Pakistanda gizləndiyi evində öldürüldü. 2014-ci ildə isə NATO Əfqanıstanda təhlükəsizliyi əfqan qüvvələrinə təhvil verərək ölkəni tərk etməyi planlaşdırır.



ABŞ-ın müdafiə naziri Leon Panetta 11 sentyabr hadisələri ilə bağlı çıxış edib. "Bu gün burada vəzifə borcumuzu və öhdəliklərimizi yada salmaq üçün toplaşmışıq. 11 sentyabr 2001-ci il tarixində ölənlərə, onların ailələrinə və bütün Amerika xalqına söz vermişik ki, biz ölkəmizi hər hansı bir təhlkükədən qorumaq üçün həmişə ayıq-sayıq olacağıq. Amerikaya hücum edən heç kim cəzasız qalmayacaq. Biz adtən gec hallarda bu ölkə üçün döyüşən və ölən insanlarla bağlı narahatlığımızı ifadə edirik. Əfqanıstan döyüşlərində onlarla amerikalı ölüb. Onlar hər gün bu ölkənin qorumaq üçün döyüşürlər. Biz onların bu fədakarlığını unuda bilmərik", - deyə Panetta qeyd edib.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol