• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada Rusiya tankları göründü

Suriyada Rusiya tankları göründü
15.09.2015 16:14
Suriyanın Latakiya əyalətindəki aerodromda Rusiyanın T-90 tankları düzülüb.

Suriyanın Latakiya əyalətindəki aerodromda Rusiyanın T-90 tankları düzülüb.

ABŞ rəsmiləri bildiriblər ki, Rusiya öz hərbi qüvvələrini məhz bu ərazidə cəmləşdirir.

Onlar deyirlər ki, 7 ədəd T-90 tankı və başqa artilleriya qurğuları dəniz şəhəri Latakiyada yerləşdirilib.

Bundan əvvəl, hələ ötən həftə Rusiydan Suriyaya hərbi texnika və avadanlıq göndərildiyi barədə xəbərlər yayılmışdı.

Moskva gizlətmir

Rusiyadan Latakiya portuna həmçinin iki tankdaşıyan gəmi yan alıb. Buraya göndərilmiş kiçik matros heyəti ilə daha bir təyyarə gəlib.

Rusiyanın bu ərazidə hərbi texnika cəmləşdirməsinin məqsədləri tam aydfın deyil, lakin ABŞ rəsmiləri güman edirlər ki, söhbət hərbi-hava bazasının müdafiəsinin gücləndirilməsindən gedir.

Moskva Suriyada hərbi ekspertlərinin olmasını etiraf etsə də, əlavə məlumat verməyib.

Öz növbəsində rəsmi Dəməşq də Rusiya qüvvələrinin hərbi əməliyyatlarda işrtirak etmədiyini bildirir.

ABŞ mənbələri deyirlər ki, prezident Assad-ın rejiminə dəstək verən ruslar Latakiya yaxınlığındakı iki bazanı gücləndirirlər.

Ruslar qərargah qururlar

Bu da xəbər verilir ki, Moskva Suriyaya min nəfərlik əsgəri qüvvə göndərib.

Bu qüvvələr Tartus bazasını müdafiə etmək məqsədilə gətirilib.

Pentaqonun sözçüsü kapitan Jeff Davis deyib ki, Latakiyadan cənubda canlı qüvvə və texnikanın hərəkətlərindən oradakı bazadan avanqard əməliyyat qərargahı kimi istifadə ediləcəyini göstərir.

Pentaqon həmçinin Rusiyadan göndərilən matros heyətinin 200 nəfər olduğunu bildirib.

ABŞ və Britaniya bildirrilər ki, Suriyadan qaçqın axının yaranmasına səbəb Bashar al-Assadın öz xalqına divan tutmasıdır, Moskva isə belə bir rejimə hərbi dəstək verir.

Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol