• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstan şansını bir daha sınayacaq

Yunanıstan şansını bir daha sınayacaq
20.09.2015 14:00
İqtisadi tənəzzül dövrünü yaşayan Yunanıstanda bu gün növbədənkənar parlament seçkiləri keçirilir. 

ANS PRESS-in məlumatına görə, bu dəfəki seçkilər hakim koalisiyada baş verən parçalanma səbəbindən təşkil edilib.

Parlamentin təxminən 40 deputatı istefa verən baş nazir Aleksis Tsiprasın siyasətini dəstəkləməkdən və kreditorlarla memorandum imzalanmasına səs verməkdən imtina edib. Sənəd növbəti iqtisadi yardım proqramı əvəzinə, ölkədə sərt iqtisadi tədbirlər tətbiq etməyi nəzərdə tuturdu.

Koalisiyadan çıxan deputatların fikrincə, Tsipras seçkiqabağı vədlərinə xilaf çıxıb. Belə ki, o, siyasi proqramında beynəlxalq kreditorlarla sövdələşmənin ləğvində və Yunanıstanın üzərindən borcların böyük hissəsinin silinməsində israr edirdi. Bu, baş tutmadığından parlamentdə üstünlüyünü itirən Aleksis Tsipras istefa verməyə məcbur olub.

Bu gün yunanlar 2015-ci il ərzində artıq üçüncü dəfə seçki məntəqələrinə üz tutur. Yanvarın 25-də ölkədə növbədənkənar parlament seçkiləri, iyulun 5-də isə kreditorların ultimatumuna və iqtisadi siyasətə dair referendum keçirilib. 

Yunanıstan əhalisinin 9.8 milyonu səsvermə hüququna malikdir. Seçkilərdə 19 partiyadan 7 –nin tələb olunan səs sayını toplayıb parlamentdə təmsil olunma şansı var. Namizədlərin hər biri iqtisadi yüksəlişin olacağına söz verib və öz seçki kampaniyalarını iqtisadiyyat üzərində qurublar.

Seçki kompaniyasında Avropalı kreditorların tələblərinə "hə" deyənlərlə deməyənlər arasında kəskin fikir ayrılığının olduğu müşahidə edilirdi. 

Keçmiş baş nazir Aleksis Tsipras əgər yenidən seçicilər ona etimad göstərərlərsə, Avropalı kreditorların tələblərini onlara sərf edən istiqamətdə yenidən dəyərləndirəcəyini söyləyib. Digər siyasətçilər isə Avropa dəyərlərinə sadiq qalmaqla ölkəni inkişafa doğru aparacaqlarını iddia edirlər.

Yunanıstan xəbər agentliklərinin yaydığı məlumata görə, ölkədə keçirilən 3 seçkilərə 110 milyon avro pul xərclənib. Təkcə bu gün keçirilən seçkilərə 36.7 milyon avronun xərcləndiyi deyilir.

Yunanıstan bir müddət əvvəl Avropalı kreditorlarla iqtisadi yardım üçün daha 86 milyard avro ayrılması barədə razılığa gəlib. Avroqrupun rəhbəri Yerun Deysselblum deyib ki, Afinaya yardım müzakirələri zamanı fikir ayrılıqları olsa da, nəticədə bütün mübahisəli məsələlər yoluna qoyulub.

Avroqrupun avqustun 14-də Brüsseldə keçirilən toplantısı 6 saat davam edib. "France-Presse" bildirir ki, bu zaman Afinanın kredit qarşılığında aparacağı islahatlar və atacağı sərt addımlar bütün incəliklərinə qədər müzakirə edilib.


Avropada kifayət qədər söz sahibi olan Almaniya isə Afinanın xeyrinə atılan addımı sərt qarşılayıb və özü Yunanıstana uzun müddətli kredit verməsi təklifini irəli sürüb. Lakin keçmiş baş nazir Tsipras hələ keçən çıxışında Almaniyadan alınan krediti "sonu olmayan böhran" adlandırıb.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol