• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada gərginlik

Avropada gərginlik
20.09.2015 16:00
Son sutka ərzində Macarıstan ərazisindən Avstriyaya 13 min qaçqın keçib. 

ANS PRESS-in məlumatına görə Avstriya polisi bundan əvvəl sutka ərzində ölkə ərazisinə 10 minədək qaçqının keçəcəyini proqnozlaşdırmışdı. Əksəriyyətini suriyalılar təşkil edən qaçqınlar dəmiryolu vasitəsilə Avstriyanın müxtəlif şəhərlərinə yönəldilib.

Avstriyanın Daxili İşlər Naziri Yohanna mikl-Lyaytner isə qonşu ölkələri Avropa İttifaqının (Aİ) qaydalarına riayət etmədiklərində günahlandırıb. O, həmçinin bəyan edib ki, miqrantlar Avstriyaya Xorvatiya və Sloveniyadan gəlirlər.

Sentyabrın 16-dan Xorvatiyaya Serbiyadan 20 min miqrant daxil olub. İlk əvvəl ölkə miqrantları qəbul etsə də, sonradan hökümət Xorvatiyanın miqrant axınına tab gətirmədiyini bəyan edib. Ölkənin Baş naziri Zoran Milanoviç miqrantların Macarıstana göndərilməsinə dair ölkəsinin fəaliyyətə başladığını bildirib. Milanoviç "Biz onları (Macarıstanı - red.) miqrantları qəbul etməyə vadar edirik və bunu etməkdə davam edəcəyik", - deyə ölkəsinin mövqeyini açıqlayıb. Eyni zamanda Baş nazir Xorvatiya və Macarıstan arasında miqrantların köçürülməsinə dair heç bir razılığın olmadığını da etiraf edir.

Öz növbəsində Macarıstan höküməti Xorvatiyanı miqrantları qeydiyyata almadığına görə Beynəlxalq qanunvericiliyi pozmaqda ittiham edir. Budapeşt bəyan edib ki miqrantlar Şimali Avropaya keçməmiş Macarıstanda qeydiyyata alınacaq. Lakin Avstriyaya Macarıstandan gələn bir neçə miqrantın sözlərinə görə onları orada heç kəs qeydiyyata almayıb. Miqrantlar ölkənin bir sərhədindən digər sərhədinə avtobuslarla aparılıb və dəmir yolları boyu Avstriayaya piyada getməyə məcbur ediblər.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol