• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan: “Avropa sərhədləri təhlükə altındadır”

Macarıstan: “Avropa sərhədləri təhlükə altındadır”
22.09.2015 13:08
Avropa İttifaqı nazirləri görüşərək bu yaxınlarda Avropaya gəlmiş təxminən 120 min sığınacaq axtaran şəxsin yerləşdirilməsi ilə bağlı mübahisələrin həll olunmasına çalışacaq.

Bir qrup mərkəzi Avropa dövləti məcburi kvotanın qəbulu üçün 22 Avropa İttifaqı üzvünün çağırılmasını təkid edir.

Macarıstan bəyan edib ki, Avropa sərhədləri təhlükə altındadır.

Miqrant böhranı Avropa dövlətləri arasında dərin fikir ayrılığına səbəb olub.

Macarıstan baş naziri bildirib ki, Avropa miqrantlarla "dolub” və böhranla bağlı Avropanın birgə mövqeyi ortaya qoyulmalıdır.

Viktor Orban bildirib ki, miqrantlar "qapıları qırır” və "milyonlarla” miqrant Avropaya gələ bilər.

Almaniya və Fransa miqrantların Aİ ölkələri arasında bərabər bölüşdürülməsini istəyir.

Məcburi kvotaya qarşı çıxan Polşa, Macarıstan, Çex Respublikası və Slovakiyadan olan xarici işlər nazirlərinin Praqada görüşü baş tutub. Dörd şərqi Avropa ölkəsinin xarici işlər nazirləri böhranla bağlı danışıqlar aparır.

Avropa liderlərinin miqrant böhranı ilə bağlı görüşməyə hazırlaşdığı ərəfədə, həftə sonu minlərlə miqrant Avstriyaya daxil olub.

Avstriya rəhbərliyi bazar ertəsi Macarıstandan daha çox miqrantın gələcəyini gözləyir.

Aİ daxili işlər nazirlərinin isə çərşənbə axşamı görüşəcəyi gözlənilir. Növbəti gün isə liderlər fövqəladə görüş keçirəcək.

Həftə sonu minlərlə miqrant cənubi və şərqi Avropada sərhədləri keçməyə davam edib. Bir çoxu Almaniya və Skandinaviya ölkələrinə getməyi düşünür.

Avstriyaya təkcə şənbə günü 10 min miqrant daxil olub.

Macarıstan güclü nəzarəti saxlamaqla Serbiya ilə sərhədini açıb. Sərhədlərin bağlanması nəticəsində çoxlu sayda miqrant Xorvatiyaya üz tutmalı olmuşdu.

Xorvatiya ilkin olaraq miqrantları qarşılasa da, sonradan çoxlu sayda miqrantın öhdəsindən gələ bilmədiyini bildirmişdi.

Avropaya gələn miqrantların əsasını Suriyadakı münaqişədən yaxa qurtaran miqrantlar təşkil etsə də, onların arasında Əfqanıstan, Eritreya, Nigeriya və Somalidən olan qaçqınlar da var.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol