• $
  • €
  • ₽
  • ₺
  • £

Avstriya mühacirləri geri qaytardı

Avstriya mühacirləri geri qaytardı
25.09.2015 17:13
Avstriya rəhbərliyi ölkədə olan mühacirləri geri göndərməyə başlayıb. 

ANS PRESS-in məlumatına görə, mühacirlər Avropaya daxil olduqları ilk ölkəyə geri qayıdırlar. Rəsmilər bunun qeydiyyat prosesi ilə əlaqədar olduğunu açıqlayıb. Yeni qaydalara görə mühacirlər Avropaya daxil olduqları ölkədə qeydiyyatdan keçməlidirlər.

Avstriya hökuməti bir müddət əvvəl Avropa liderləri mühacirlərin kvota sistemi əsasında bölüşdürülməsinə dair razılaşma əldə etdikdən sonra belə bir qərar qəbul edib.

Avstriyanın daxil işlər naziri Yohanna Mikl-Laytner azı 5000 nəfərin Bolqarıstan və Rumıniyaya geri göndərildiyini açıqlayıb.

Mühacirlərin Avropaya axını fonunda Almaniya kansleri Angela Merkel böhranın qarşısını almaq üçün daha çox işlər görmək lazım olduğunu bildirib. Merkel qeyd edib ki, problemi qısa müddətdə həll etmək istənilən halda mümkün deyil. Lakin bu istiqamətdə ilkin addımlar artıq atılıb.

"Mühacirlərin yenidən bölüşdürülməsi prosesi Avropanın hüdudlarında mütəmadi olaraq mühacirlərin qeydiyyatını aparmaqla mümkün ola bilər. Bu, onların təhlükəsizliyi üçün də vacibdir. Düşünürəm ki, Avropa mühacirləri ədalətli şəkildə bölüşdürməlidir”. 

Mühacirlərin Avropa ölkələri arasında bölüşdürülməsinə qarşı hələlik təkcə Sloveniya məhkəmə işi qaldırıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol