• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya İŞİD-i bombalamağa hazırdır

Rusiya İŞİD-i bombalamağa hazırdır
26.09.2015 17:23
"Bunun üçün heç bir maneə yoxdur”.

Moskva, prezident Bəşər Əsədin ordusuna dəstək və "İslam dövləti”nin, eləcə də digər qruplaşmaların hücumunun qarşısını almaq üçün istənilən an Suriyaya aviazərbələr endirməyə hazırdır.

Bu barədə Amerika kəşfiyyatına istinadən Los Angeles Times yazıb.

Aviazərbələrin endirilməsinə 28 qırıcı və hücum təyyarəsi cəlb edilə bilər, onlar Suriyanın Latakiya əyalətinə gizli olaraq ötürülüb, nəşr iddia edir.

Kəşfiyyatın məlumatına əsasən, Suriyaya 12 qırıcı-bombardmançı Su-24, eyni sayda Su-25 hücum və dörd Su-30 qırıcı təyyarə aparılıb.

Vaşinqtondakı mənbələr bildirib ki, təyyarələr Suriyaya yerləşdiyi məkanı təyinetmə cihazı - transporderləri söndürülmüş halda gətirilib.

Los Angeles Times yazır ki, təyyarələr Suriyaya Rusiyanın, İran və İraq üzərində kommersiya hava dəhlizindən istifadə edən nəqliyyat təyyarələri An-124-ün müşayiəti ilə gətirilib.

"Reaktiv təyyarələr istənilən an aviazərbə endirməyə hazırdırlar, hal-hazırda bunun üçün heç bir maneə yoxdur”, - Amerika kəşfiyyatına yaxın mənbə bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol