• $
  • €
  • ₽
  • ₺
  • £

NATO Avropanın cənubi-şərqində ordu yığıb

NATO Avropanın cənubi-şərqində ordu yığıb
03.10.2015 13:11
Manevrlərdə 36 min əsgər iştirak edəcək.

NATO-nun son on ildə ən iri təlimləri İtaliya, İspaniya və Portuqaliyada keçiriləcək.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, manevrlərdə 30-dan çox ölkədən olan 36 min əsgər iştirak edəcək, təlimlərə həmçinin 200 təyyarə və 50 hərbi gəmi cəlb edilib.

Trident Juncture-2015 Beynəlxalq hərbi təlimləri noyabrın 6-na qədər davam edəcək.

İştirakçılar arasında Ukrayna da var. NATO-nun Transformasiya üzrə baş komandanı general Jan-Pol Palomeros avqustun sonunda qarşıdan gələn təlimlərin Ukraynadakı böhranla və NATO-nun Moskva ilə münasibətlərinin kəskinləşməsi ilə əlaqədar olmadığını bildirmişdi, belə ki, bu təlimlər 2,5 il öncə planlaşdırılıb.

Təlimlərin birinci mərhələsi oktyabrın 16-na kimi davam edəcək və kompüter münaqişə vəziyyətlərinin modelləşdirilməsindən ibarət olacaq. Quru, hərbi təyyarələrin və gəmilərin iştirakı ilə keçiriləcək ikinci mərhələ oktyabrın 21-də başlayacaq.   

Atlantik okeanda və Aralıq dənizində təlimlər çərçivəsində hərbi-dəniz manevrləri keçiriləcək.

Bütün təlimlərin ümumi koordinasiyası alyansın Neapoldakı bazasından həyata keçiriləcək, bununla yanaşı Sisiliyanın Trapani şəhərində hava əməliyyatlarının komanda mərkəzi yerləşəcək, İspaniyadan quru əməliyyatlarının, Portuqaliyadan isə dəniz manevrlərinin koordinasiyası həyata keçiriləcək.

Təlimlərin ssenarisində müasir döyüş fəaliyyətinin bütün sahələrinin cəlb edilməsi nəzərdə tutulub. Bura "hibrid müharibələr” şəraitində kiber-hücumlara qarşı müdafiə və təxribat tədbirləri də daxildir.

Sosial şəbəkələrdə iş də təlimlərin bir hissəsi olacaq: burada yalnız şərti düşmən ilə deyil, eləcə də "real opponentlər” ilə mübarizə aparılacaq.

NATO-nun Avropada miqyaslı təlimləri iyun-iyul aylarında keçirilmiş Allied Shield təlimləri olub. Vahid şifrə altında BALTOPS 2015, Saber Strike, Noble Jump və Trident Joust manevrlər seriyası birləşdirilmişdi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol