• $
  • €
  • ₽
  • ₺
  • £

Bəşər Əsəd istefası haqda danışdı

Bəşər Əsəd istefası haqda danışdı
05.10.2015 11:09
Suriya prezidenti istefa verə biləcəyini dilə gətirib.

Suriya Prezidenti Bəşər Əsəd istefa verməyə hazır olduğunu bəyan edib.

ANS PRESS-in məlumatına görə iranın "Khabar TV" telekanalına müsahibə verən Əsəd Suriya münaqişəsinin həlli üçün istefa verə biləcəyini bildirib.

"Əgər mənim gedişim münaqişəni həll edəcəksə, mən şübhəsiz ki bunu edəcəm” – deyə Bəşər öz mövqeyini ifadə edib. Suriya prezidenti qeyd edib ki, kimin prezident olacağını xalq müəyyən etməlidir. O xatırladıb ki, ötən il baş tutan prezident seçkilərində ölkə əhalisi onun namizədliyini dəstəkləyib.
"Mənim istefamın münaqişənin həllinə müsbət təsir göstərəcəyinə inananlar, seçkilərdə iştirak edərək öz mövelərini sübut etməyə çalışmalıdırlar. Biz buna etiraz etmirik”,- deyə Əsəd vurğulayıb.

Əsəd həmçinin qeyd edib ki, Suriyada bütün əməliyyatlar terrorçuluğun ləğvinə yönəldilib. "İstənilən siyasi qərar üçün ölkədə sabitlik vacibdir."

Suriya liderinin sözlərinə görə, rəsmi Dəməşq müxalifətlə siyasi dialoqa hazırdır, lakin üsyançılar terrorçulara heç cür təsir edə bilməzlər.


Bəşər Əsəd "Khabar TV"yə müsahibə verir.


Bəşər Əsəd Suriya prezidenti postuna ilk dəfə 2000-ci ildə seçilib. 3 iyun 2014-cü ildə prezident seçkilri zamanı seçici səslərinin 88,7 % qazanan Əsəd bu vəzifəyə 3-cü dəfə seçilib. Lakin seçkilərin vətəndaş müharbəsi şəraitində keçirildiyindən, Suriyadaki müxalifəti dəstəkləyən bir sıra ölkə nəticələri tanımayıb.

Suriyada vətəndaş müharibəsi "Ərəb baharı" hadisələri fonunda 2011-ci ildə başlayıb. 2013-cü ildən etibarən Suriya ərazisində fəaliyyət göstərməyə başlayan İŞİD silahlı qruplaşması vəziyyəti bir az da gəlizləşdirib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol