• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə fillər xərçəngə tutulmurlar

Niyə fillər xərçəngə tutulmurlar
14.10.2015 21:56
Böyük görkəmə malik olmalarına baxmayaraq, fillər çox nadir hallarda xərçəng xəstəliyinə düçar olurlar. Alimlər bunun sirrini aşkar etdiklərini bildiriblər. Sən demə, məsələ genlə bağlıdır.

Fillərdə p53 geninin 38 surəti var ki, onlar şiş yaranmasının qarşısını alır.

Amerika Tibb Assosiasiyasının gəldiyi nəticəyə görə, insanlarda bu genlərin yalnız iki surəti var.

Başqa sözlə, fillərin orqanizmində şişlərin formalaşmasına mane olan xeyli sayda gen surətləri var.

FİLLƏRİN 5 FAİZDƏN DƏ AZI XƏRÇƏNGDƏN ÖLÜR

Bunu üzə çıxarmaq, 50-70 il həyat sürən fillərin orqanizmini tədqiq etmək üçün alimlərə illər lazım gəlib, çünki insanla müqayisədə bu heyvanların xərçəng riski yaradan hüceyrələri həddən artıq çoxdur.

Araşdırma nəticəsində bəlli olub ki, fillərin 5 faizdən də azı xərçəng xəstəliyi səbəbindən ölür. İnsanlarda bu rəqəm 11-25 faizdir.

İNSANLARLA BAĞLI ÜMİD...

Tədqiqatçılar ümid edirlər ki, onların gəldiyi bu nəticə bir gün insanlar arasında yeni xərçəng terapiyasının da tapılmasına yardımçı olacaq.

Amma Londondakı Xərçəng Araşdırmaları İnstitutundan Mel Greaves düşünür ki, bu gün heç də yaxın deyil. Onun fikrincə, əslində, niyə məhz insanlarda xərçəngə tutulma faizinin bu qədər yüksək olması aydınlaşdırılmalıdır.

«Adaptiv sistemlər baxımından, biz şimpanzedən fərqlənmirik, amma xərçənglə onlardan qat-qat çox xəstələnirik» - o deyir. «Məncə, insanlar unikal növdür, onlarda sosial təkamül prosesi olduqca sürətlidir». /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol