İran prezidenti Avropaya gedir

Hassan Rohani son onildə Avropaya ilk səfər edən İran prezidenti olacaq. Xəbəri noyabrın 9-da IRNA xəbər agentliyi yayıb.
Bu il iyulun 14-də İran altı superdövlətlə nüvə sazişi imzalayıb. Səfər də belə bir tarixi məqamdan sonraya təsadüf edir.
Rohani-nin səfəri noyabrın 14-də İtaliyadan başlayacaq, daha sonra, noyabrın 16-17-də Fransaya gedəcək.
Rohani İtaliyada Papa Francis-lə görüşəcək. Prezidenti bir neçə nazir müşayiət edəcək.
Bu arada İranda Rohani ilə sərt xətt tərəfdarları arasında gərginlik yaşanır. Sonuncular onun Qərblə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olmasını tənqid edirlər. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















