• $
  • €
  • ₽
  • ₺
  • £

İvanişvili: "İran qazı Gürcüstana nəql ediləcək"

İvanişvili: "İran qazı Gürcüstana nəql ediləcək"
11.11.2015 10:38
Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvili bildirib ki, İran qazı, böyük ehtimalla, Gürcüstana nəql ediləcək. 

"Report"un "Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, İvanişvili deyib ki, İranla möhkəm ticarət əlaqələrinin formalaşması Gürcüstan üçün zəruridir.
"Təxminən iki həftə əvvəl ABŞ səfiri ilə görüşdüm. Biz hökumət üzvləri ilə də çox fəal işləyirik. Heç nəyi idarə etməsəm də, iqtisadiyyatla əlaqəli olan hər məsələdə iştirak edirəm", - deyə sabiq baş nazir bildirib. 

O, qeyd edib ki, İranla yanaşı Çin və Rusiya da Gürcüstan üçün böyük iqtisadi əhəmiyyət kəsb edir.

"İran qazı Gürcüstan bazarına daxil olsa, çox maraqlı olardı. Düşünürəm ki, böyük ehtimalla, bu, belə də olacaq”, - deyə İvanişvilli vurğulayıb. Milyarder qeyd edib ki, məsələnin detallarını açıqlaya bilməz. Çünkü əvvəlcə hökumət təfərrüatları ictimaiyyətə təqdim etməlidir.
İvanişvillinin sözlərinə görə, o özü  danışıqlarda sahibkar statusunda iştirak edir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol