• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ prezidentliyinə namizəd Putini dəstəklədi

ABŞ prezidentliyinə namizəd Putini dəstəklədi
11.11.2015 16:22
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp partiyadaxili müzakirələrdə Rusiyanın Suriyada keçirdiyi əməliyyatları dəstəkləyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Rusiya prezidenti Vladimir Putinin "İslam dövləti” (İŞİD) terror təşkilatını məhv etmək istəyini alqışlayıb.

"Əgər Putin İŞİD-i məhv etmək istəyirsə, onda mən 100 faiz onun arxasındayam. Mən kiminsə buna necə qarşı çıxdığını anlaya bilmirəm”, - deyə o, bildirib.

Prezientliyə namizəd qeyd edib ki, şəxsən özü Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir. Bununla yanaşı, o, Vaşinqtonda Suriya müxalifətini kimlərin təmsil etməsi haqqında məlumatların az olduğunu da diqqətə çatdırıb:  

"Biz bunların özlərini necə aparacağını bilmirik. Onlar hətta Əsəddən də pis ola bilərlər. İraq və Liviyadakı hadisələr buna bariz nümunədir. Oradakı nizamsıqlığa baxın. Bundan sonra biz orada 2 trilyon dolları necə də xərclədik?!”.

Milyarder ABŞ-ın Ukraynanı müdafiə etməsi barədə də və Ağ Evin bu istiqamətdə apardığı siyasəti tənqid edib:

"Biz Ukraynanı niyə müdafiə edirik? Ukraynanın ətrafında olan digər ölkələr məgər vəziyyəti görmürlər?! Niyə görə onlar Ukraynanı müdafiə etməyə təşəbbüs göstərmirlər?! Buna görə də biz daha ağıllı olmalyıq. Biz dünya polisi rolunu oynamamalıyıq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol