• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaniya Avropa İttifaqını tərk edə bilər

Böyük Britaniya Avropa İttifaqını tərk edə bilər
13.11.2015 19:57
Bəzi siyasi partiyalar bununla bağlı referendumun keçirilməsinin tərəfdarıdır

 Böyük Britaniya 2017-ci ilə kimi Avropa İttifaqında (Aİ) qalıb-qalmayacağına dair qərar qəbul edəcək. Ada ölkəsində bir neçə siyasi partiya Aİ üzvü olaraq qalmaqla bağlı (Brexit) referendum keçirməyin tərəfdarıdır və bunlar arasında Muhafizəkarlar Partiyası və Birləşmiş Krallığın Müstəqil Partiyası (UKİP) daha fəaldır.

"Brexit"in tərəfdarları öz arqumentlərini müxtəlif amillərlə izah edirlər. "Brexit" üçün əsas arqument Aİ-nin çox xərc tələb etməsidir, belə ki, onlar Aİ-nin üzv dövlətlərin milli siyasətinə və milli suverenliyinə müdaxilə etdiyini və sərt tənzimləmənin biznes mühitinə zərər yetirdiyini bildirirlər. Britaniya monetar birliyin üzvü olmaqdan imtina etmişdir və öz milli valyutası olan funt sterlinqi (GBP) ümumi Avropa valyutası ilə əvəz etməyib. İngiltərə eyni zamanda Şengen birliyinə də daxil olmayıb və digər Avropa ölkələri ilə açıq sərhəd siyasətini paylaşmayıb.

Lakin ABŞ-ın ticarət nümayəndələri Britaniyanin Aİ-ni tərk etməsində maraqlı olmadıqlarını bildirib və Aİ ilə ticarət razılaşması ilə bağlı danışıqlardan ada ölkəsinin məhrum ola biləcəyini qeyd ediblər. Çünki ABŞ Böyük Britaniya ilə ayrıca ticarət razılaşmasında maraqlı deyil. Bu halda, İngiltərə ABŞ-da ticarətdə güzəştlərdən istifadə etmə şansını itirə və Brazilya, Çin və Hindistan kimi eyni tariflərlə üzləşə bilər.

Böyük Britaniyanın Aİ-ni tərk etməsi avroya neqativ təsir edə bilər. Belə ki, Şotlandiya Böyük Britaniyada qalmaqla bağlı referendum keçirmişdir və həmin vaxtı funtun qiyməti düşmüşdür, çünki Şotlandiya Böyük Britaniyanı tərk etsəydi birlik parçalana bilərdi və bu da valyutaya mənfi təsir edə bilərdi. Lakin şotlandlar Birliyin tərkibində qalmağa səs verdilər.

Əgər İngiltərə referendum keçirərsə, analoji vəziyyət təkarlana bilər. Bundan başqa, Əmək Partiyası bu ideyanın və referendumun əleyhinədir. Nəticədə, qeyri-müəyyənlik avro və funta neqativ təsir edə bilər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol