• $
  • €
  • ₽
  • ₺
  • £

Medvedevdən dünyaya ÇAĞIRIŞ

Medvedevdən dünyaya ÇAĞIRIŞ
18.11.2015 11:33
Rusiyanın baş naziri Dmitri Medvedev bütün dünya ölkələrini terrorizmə qarşı birləşməyə çağırıb.

 Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Medvedev bu barədə jurnalistlərə danışıb.

Hökumət başçısı deyib ki, başqa dövlətlər nəyin bahasına olursa-olsun Rusiya ilə əməkdaşlıq edib terrorçuluğa qarşı mübarizə aparmalıdır.  
"Rusiya bu əlaqələr olmadan da yaşaya bilər. Belə olarsa, biz əvvəlki kimi terrorizmə qarşı tək mübarizə aparacağıq və qalib gələcəyik. Yəqin ki, Qərb də bunsuz tab gətirə bilər. Amma sual olunur: Bu onlara nəyin bahasına başa gələcək?”  

Baş nazirin fikrincə, bir sıra Qərb ölkələrinin terror təhlükəsinə qarşı Rusiya ilə əməkdaşlıq etməkdən boyun qaçırması zərərli mövqedir.


"Bizim təyyarənin partladılması və Parisdəki terror aktı böyük insan itkisi ilə nəticələndi. Bu hadisələr dünya siyasi gündəmini dəyişdirdi. Sivil dünyaya qarşı müharibə elan olunub. Təhlükə qlobaldır. Belə bir məqamda bəzi Qərb ölkələrinin mövqeyi Rusiyaya qəribə görünür.

İndi bəziləri uzağı görməyən və zərərli mövqe nümayiş etdirir. Deyirlər ki, "İslam dövləti” (İŞİD) terrorçu təşkilatdır, amma buna qarşı Rusiya ilə əməkdaşlıq etmək istəmirlər. Deyirlər ki, biz rusları boykot etmişik və onlarla dostluq etməyəcəyik, onları təcrid edəcəyik”,-deyə Medvedev  tənqid edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol