• $
  • €
  • ₽
  • ₺
  • £

Son 10 ildə dünyada mindən çox jurnalist öldürülüb

Son 10 ildə dünyada mindən çox jurnalist öldürülüb
20.11.2015 19:26
"2005-ci ildən bu günə qədər dünyada 1042 nəfər media təmsilçisi peşə fəaliyyəti ilə əlaqədar ölüb. Bunlardan 797 nəfəri jurnalist,  92 nəfəri media təşkilatlarında çalışan şəxs,  153 nəfər isə "vətəndaş jurnalistikası”nın təmsilçisidir”.
 
APA-nın məlumatına görə, bunu hər il  noyabrın 23-də keçirilən  "Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kampaniyası ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli bildirib.
 
M. Ələsgərli deyib ki, beynəlxalq təşkilatlar 1990-cı ildən indiyədək peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlərin də statistikasını hazırlamağa çalışır. Siyahı tamamlanmasa da, ilkin hesablamalara  görə, burada 2500  nəfərdən çox şəxsin adı yer alır. JuHİ sədri qeyd edib ki, 2005-ci ildən sonrakı dövrü əhatə edən və qatilləri cəzasız qalmış mərhum jurnalistlərə həsr edilən siyahıda "Monitor” jurnalının baş redaktoru   Elmar Hüseynov və yazıçı-publisist  Rafiq Tağının adları da  var. Azərbaycan hüquq-mühafizə orqanları bu qətllərin icraçılarının xarici ölkələrdə gizləndikləri üçün tutulub cəzalandırılmalarının mümkünsüz olduğunu bəyan edib.  JuHİ əmin olduğunu bildirir ki, Azərbaycan hüquq-mühafizə orqanları ötən illər ərzində bu prosesi daim diqqət mərkəzində  saxlayıb, cinayətkarların tapılıb cəzalandırılması üçün  səylərini dayandırmayıb.
 
Qeyd edək ki, 23 noyabrın "Cəzasızlığa Qarşı Beynəlxalq Gün”  kimi qeyd edilməsi təşəbbüsü  Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ)  Asiya-Sakit Okeanı bölgəsi  üzrə regional qurumunun təklifi əsasında IFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında  qəbul edilib. Bu təqvim 2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın  həyatına son qoymuş  Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü  qeyd etmək üçün seçilib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol