• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada azərbaycanlı polisləri zəhərlədi

Ukraynada azərbaycanlı polisləri zəhərlədi
25.11.2015 14:08
Vinnitsdə (Ukrayna) şənbə günü iki polisi zəhərləyən 34 yaşlı azərbaycanlı saxlanılıb.

Oxu.Az xəbər verir ki, Gazeta.ru-ya bu barədə Vinnits vilayətinin Milli polis idarəsinin mətbuat xidmətindən bildiriblər.

"Hücum edənlərdən biri həqiqətən də müvəqqəti olaraq Ukrayna ərazisində yaşayır. O, Azərbaycan vətəndaşıdır. Eyni sxem üzrə hələ iyunun sonunda daha bir şəhər sakini qarət edilib. Onun da spirtli içkisinə naməlum maddə tökülüb, adam huşunu itirdikdən sonra onun zinət əşyaları və 1800 qriveni götürülüb”, - Milli Polisin Dövlət İdarəsinin mətbuat xidmətinin rəhbəri Anna Oleynik bildirib.

Polis inspektorları özlərini indi daha yaxşı hiss edirlər. Müstəntiqlərə ifadə verirlər. Onlar xəstəxanadan çıxıblar. Hələlik işə çıxmayacaqlar. Onların hansı maddə ilə zəhərləndikləri ekspertlər tərəfindən araşdırılır.

Xatırladaq ki, noyabrın 21-də iki vinnitsalı polis işdən sonra Nemirov şossesində yerləşən kafelərin birində əylənmək qərarına gəliblər. İki naməlum şəxs onların yanına oturub və içkilərinə naməlum maddə qarışdırıblar.

Küçəyə çıxan polislər huşunu itiriblər. Bu zaman onları qarət ediblər, pul, mobil telefon və "”Fort-17R tapançasını oğurlayıblar. Qarətə görə cinayətkarları 10 il müddətinə azadlıqdan məhrum edə bilərlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol