• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovski: "Ermənilər satqındırlar"

Jirinovski: "Ermənilər satqındırlar"
30.11.2015 21:30

LDPR lideri: "Türkiyəni erməni və kürdlər arasında bölmək lazımdır"

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski erməniləri satqın adlandırıb.

Ğtən gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi məsələsi ilə bağlı Rusiyanın birinci kanalında yayımlanan "Politika" verilişində müzakirələr aparılıb. Müzakirələr zamanı V.Jirinovski və "Ekspert" jurnalının üzvü Qevorq Mirzəyan arasında mübahisə yaranıb. 
Yerli KİV-lərin məlumatına görə, sözünü kəsdiyinə görə, əsəbləşən Jirinovski erməniləri xəyanətkar adlandırıb: "Öz vətənlərini tərk edib başqa ölkələrdə yaşamağa gedən Ermənilər xəyanətkardırlar. Qayıdın öz vətəninizə. Yoxsa, gəlib Moskvanın yarı hissəsini tutmusunuz", - deyə partiya lideri sərt çıxış edib. 

O, eyni zamanda bildirib ki, Türkiyəni erməni və kürdlər arasında bölmək lazımdır. "Ermənistanın ən böyük düşməni türklərdir, odur ki, Türkiyəni onların əli ilə vurmaq lazımdır", - deyə Jirinovski əlavə edib.

Qevorq Mirzəyan isə canlı yayımda Jirinovskini inandırmağa çalışıb ki, ermənilər satqın deyil. "Sizin dediyiniz ermənilərin Moskvaya doluşması ona görədir ki, Ermənistan müstəqil ölkə deyil, çünki Ermənistan Rusiyanın ön cəbhəsi, Rusiya isə Ermənistanın arxa cəbhəsidir. Jirinovski düz deyir, ermənilər qədər başqa heç bir xalq Rusiyada, bəlkə də, çoxluq təşkil etmir, amma bu ermənilərin öz vətəninə qarşı xəyanəti demək deyil", - deyə jurnalist bildirib. 

Veriliş boyu sərt çıxışları ilə yadda qalan Vladimir Jirinovski onu da qeyd edib ki, əgər Türkiyəyə qarşı sanksiyalar tətbiq olunsa, bu, 2016-cı il üçün onlara əsl hədiyyə olar. "Onlar ən azı Rusiya turistlərini itirəcəklər, sonra ora hansı ölkənin turistləri üz tutacaq ki?! Azərbaycan,  Polşa, yoxsa, Yaponiya... Onlar özləri kasıb ölkələrdir, polşalılar heç Vyanaya gedə bilmir", - deyə Vladimir Jirinovski bildirib. (anspress.com)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol