• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan-Putin görüşü ləğv edildi

Ərdoğan-Putin görüşü ləğv edildi
14.12.2015 19:35
Türkiyə-Rusiya arasında sabaha planlaşdırılan sammit ləğv edilib.
 
ANS PRESS-in məlumatına görə, Kreml bu barədə məlumat yayıb.

Rusiya - Türkiyə Əməkdaşlıq Şurasının Sankt-Peterburqda 15 dekabra planlaşdırılan görüşü olmayacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, belə bir sammit olmayacaq və planlaşdırılmır.

Noyabr ayının sonlarında Peskov bu görüşün ləğv olunub-olunmayacağının dəqiqləşmədiyini bildirmişdi.


Dmitri Peskov Rusiya prezidentinin mətbuat şöbəsinin katibi

Daha əvvəl isə bu barədə məlumatı mediaya "Rossotrudniçestvo”nun rəhbəri Lyubov Qlebova vermişdi. "Dövlət başçıları görüşlər barədə qabaqcadan məlumat verilir və belə bir görüş dekabra təyin edilmişdi. Rusiya-Türkiyə forumu prezidentlərin görüşü gerçəkləşərsə işə başlayacaq. Amma bu o demək deyil ki, Rusiya Türkiyə ilə münasibətlərini yumşaltmağa çalışır.

"Siyasi səviyyədə baş verən hadisələr Rusiya-Türkiyə münasibətlərini pozmamalıdır, bu münsibətlər stabil olub, ənənəvi dostluq münsibətləri əsasında qurulub”.


Lyubov Qlebova "Rossotrudniçestvo”nun rəhbəri.


Sammitdə həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanında iştirak edəcəyi gözlənilirdi.

Belə bir tədbirin keçirilməsi haqqında Rusiya və Türkiyə prezidentləri 2015-in noyabrında G20-nin Antalyadakı sammiti çərçivəsində razılığa gəliblər.

Rusiya və Türkiyə arasında münasibətlər Rusiyaya məxsus "Su 24" təyyarəsinin Türkiyə-Suriya sərhəddində vurulmasından sonra korlanıb.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol