• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: "Türkiyə Qətərdə hərbi baza yaradacaq"

Səfir: "Türkiyə Qətərdə hərbi baza yaradacaq"
16.12.2015 18:40
Əhməd Dəmirok bildirib ki, Qətər Əmirliyi də öz Silahlı Qüvvələrinin Türkiyə ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir

"Türkiyə ikitərəfli əməkdaşlıq çərçivəsində Qətərdə hərbi baza yaratmağı planlaşdırır".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Qətərdəki səfiri Əhməd Dəmirok bildirib.

Diplomat qeyd edib ki, Türkiyə ilə Qətər ümumi problemlə qarşı-qarşıyadır: "Biz bölgədəki vəziyyətdən və bəzi dövlətlərin yürütdüyü qeyri-müəyyən siyasətdən narahatıq. Ankara və Doha bir düşmənə qarşıdır. Yaxın Şərqdə böhranlı vəziyyətdə bizim mühüm məsələlərdə bir-birimizə yardım etməyimiz vacibdir".
Onun sözlərinə görə, Türkiyə Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrinin hərbçiləri, 3 minə yaxın Quru Qoşunları əsgəri və hərbi təlimatçıları Qətərdəki çoxfunksiyalı bazada yerləşdiriləcək.

Məlumata görə, səfir bazanın yaradılacağı dəqiq vaxtı açıqlamayıb. O qeyd edib ki, Qətər Əmirliyi də öz Silahlı Qüvvələrinin Türkiyə ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Rəsmi Qətər hələlik bu informasiyanı şərh etməyib.

Xatırladaq ki, yeni baza 2014-cü ildə tərəflərin imzaladığı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi haqda razılaşma çərçivəsində yaradılacaq. Bu sənədi Türkiyə parlamenti 2015-ci ilin iyunda ratifikasiya edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol