• $
  • €
  • ₽
  • ₺
  • £

Makedoniya ölkənin adını dəyişir

Makedoniya ölkənin adını dəyişir
17.12.2015 20:00
"Ad ilə əlaqədar münaqişənin həlli üçün şərait "çoxdan yaranıb””.

Makedoniyanın baş naziri Nikola Qruyevski bəyan edib ki, onun Yunanıstan ilə dialoqu bərpa etmək istəyi var, bu, potensial olaraq ölkənin adının dəyişilməsi ilə nəticələnə bilər, The Guardian yazır.

"Biz müzakirələrə hazırıq, dialoqa və həlli tapmağa açığıq”, - Qruyevski deyib.

Oxu.Az paralel-media.com.ua-ya istinadən xəbər verir ki, Yunanıstan hesab edir ki, Makedoniya şimali yunan əyalətlərindən birinin adını "oğurlayıb”.

Mübahisə Makedoniyanın müstəqillik qazandığı - 1991-ci ildən bəri davam edir. Həmin dövrə qədər Makedoniya Sosialist Respublikası adını daşıyan dövlət Yunanıstan tərəfindən müqavimətə səbəb olmamışdı. 1991-ci ildən sonra Yunanıstan hesab edir ki, ölkənin adı onun tarixi əyalətlərindən birinin adının uzurpasiyasıdır.

Yunanıstanın Makedoniyanın adına qarşı narazıçılığı ucbatından ölkə NATO-ya daxil ola bilmir və Aİ-yə üzvlük danışıqlarına başlaya bilmir.

"Biz mümkün qədər tez bir zaman ərzində Yunanıstan ilə məsələnin həll yolunu tapmaq istərdik. Və əgər bu həlli tapsaq vətəndaşlara müraciət edərək referendum keçirəcəyik”, - Qruyevski bəyan edib.

Nəşr qeyd edir ki, hər iki tərəfdən 24 illik mübahisənin həll olunmasının mümkünlüyünə dair siqnallar var.

Makedoniyanın XİN rəhbəri Nikol Poposki Afinaya səfəri ərəfəsində bəyan edib ki, ad ilə əlaqədar münaqişənin həlli üçün şərait "çoxdan yaranıb”.

Qeyd etmək lazımdır ki, bu, Makedoniyanın XİN rəhbərinin Yunanıstana 15 il ərzində ilk səfəri olacaq. Yunanıstanın XİN rəhbəri Nikos Kotzias 11 il ərzində ilk dəfə Skopyedə bu ilin iyun ayında olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol