• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Türkiyəyə təzminat ödəməyə razılıq verdi

İsrail Türkiyəyə təzminat ödəməyə razılıq verdi
28.05.2020 20:22
Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına dair razılaşmanın detalları məlum olub.
 
APA-nın Türkiyənin "Vatan” qəzetinə istinadən verdiyi xəbərə görə, ilkin razılaşmanı İsveçrədə İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu imzalayıblar.
 
Razılaşmanın maddələri bunlardır:
 
1. İsrail tərəfi hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə  20 milyon dollar təzminat ödəyəcək.
2. İki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağırılan səfirlər yenidən göndəriləcək.
3. Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək. Bu barədə Türkiyə Böyük Millət Məclisində qanun qəbul ediləcək.
4. HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. Təşkilatın liderlərindən sayılan Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək. Əl-Arusi 3 İsrail  hərbçisini qaçıraraq, öldürməkdə təqsirləndirilir.
5. Təbii qazla bağlı müzakirələr aparılacaq. Razılaşma imzalandığı gündən Türkiyə və İsrail bu sahədə birgə fəaliyyət göstərəcək, İsrail qazının Türkiyə və Avropaya nəqli üçün boru xətti tikiləcək.
 
Qeyd edək ki, İsrail hərbçiləri 2010-cu il mayın 30-da Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus "Mavi Mərmərə” gəmisində olan 10 nəfəri öldürüb. Bu hadisədən sonra iki dövlət arasında münasibətlər gərginləşib, diplomatik əlaqələr kəsilib.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol