• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Güləni qaytarır

ABŞ Güləni qaytarır
26.12.2015 16:35
Ədliyyə Nazirliyinin bu istiqamətdə başlatdığı işlər başa çatmaq üzrədir.

"İki tərəfli qarşılıqlı razılaşmalar əsasında Amerika Birləşmiş Ştatları (ABŞ) Fətullah Güləni Türkiyəyə qaytaracaq.” ANS PRESS-in yerli "Bu gün” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Ədliyyə Nazirliyinin bu istiqamətdə başlatdığı işlərin başa çatmasını gözlədiklərini qeyd edib. Türkiyənin baş diplomatı nazirlik olaraq bu məsələni yaxından izlədiklərini bildirib. 

"Bizim Amerika ilə bu barədə razılaşmamız və əməkdaşlığımız var. Onlardan bir tələb olanda biz yerinə yetiririk, onlar da bizim tələblərimizi yerinə yetirirlər. Razılaşmalarımız və Qırmızı Bülletenin rəsmi tələbi ilə Amerikanın ekstradisiyanı həyata keçirməyini gözləyirik. Bizim tələbimiz Gülənin Amerika torpaqlarından çıxarılması yox, Türkiyəyə qaytarılmasıdır. Çünki hazırda Türkiyədə Fətullah Gülən barədə qaldırılmış məhkəmə iddiaları və verilmiş qərarlar var. Hüquqa uyğun verilmiş bu qərarlarla tələbimizi irəli sürürük. Yəni, bizim tələbimiz Türkiyəyə ekstradisiyası, istintaqın burda olması, burda mühakimə olunması və prosesin tam formada işləməsidir.” – deyə Çavuşoğlu bildirib. 

Bir müddət əvvəl Türkiyədə hazırlıq kurslarının bağlanması istiqamətində qanun layihəsi hazırlıqları başlayarkən Fətullah Gülən qrupu ilə Ərdoğanın rəhbərlik etdiyi AKP hökuməti arasında gərginlik yaşanmışdı. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçirirlər. Hakimiyətə yaxın mətbuorqanların yazdıqlarına görə bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna müvəffəq olunmayıb. 

Bundan sonra Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayta "FETÖ” (Fetullahçı Terror Örgütü) və "PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi Fətullah Güləni də daxil etmişdi. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol