• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan prezidenti banklara qarşı getdi

Gürcüstan prezidenti banklara qarşı getdi
04.01.2016 11:27
Prezident bankirlərin yoldaşı deyil

Gürcüstan prezidenti Georgi Margvelashvili borca görə vətəndaşların yaşadığı mənzildən köçürülməsi haqda sadələşdirilimiş qaydanın ləğvi ilə bağlı qanunvericilik aktlarına dəyişiklikləri təsdiqləyib. 

Ölkə rəhbəri biznesmenlər və bankirlərin etirazına baxmayıb. Onlar bu dəyişikliyi vətəndaşların mülkiyyəti ilə bağlı konstitsion hüquqlarının pozulması sayırlar.

"Polis gücü ilə köçürülmə” adlanan düzəlişin ləğvi təkcə bankir və biznesmenlərin etirazına səbəb olmayıb. Hakim "Gürcü arzusu” koalisiyasının özündə də bu məsələyə yekdil baxış yoxdur. Biznes ombudsman Georgi Qvakharia deyir ki, polis gücü ilə köçürmə mövcud vəziyyət üçün daha optimal idi: "Düşünürəm ki, Gürcüstan iqtisadiyyatı yeni qanuni normalara adaptasiya üçün hazır deyil”.

Etirazlara baxmayaraq, parlament çoxluğu bir müddət əvvəl borcluların məhkəmə yolu ilə köçürülməsi ilə bağlı düzəlişə səs verdikdən sonra ümid prezidentin vetosuna qalmışdı. Güman edilirdi ki, o, qanun layihəsinə mane olacaq. Bankirlərin və biznesmenlərin təmsilçiləri ilə görüşündə də Georgi Margvelashvili qanun layihəsinə veto qoya biləcəyini istisna etməmişdi.

Prezident adminstrasiyasının rəhbəri Georgi Abashishvili də vəd vermişdi ki, prezidentin qərarı heç kəsin marağını pozmayacaq.

 

Borclular sevinir

Amma prezident sonda layihəni imzalayıb. O bunu problemli borcluların marağını müdafiə edən "Dəstək və Ədalət” təşkilatının rəhbəri


ilə görüşdən dərhal sonra edib. Nana Qadagishvili prezidentlə görüşdən sonra öz sevincini gizlətməyib: "Ümid edirəm ki, prezident bu qanuna bankirlər və biznesmenlərin tələb etdiyi vetonu qoymayacaq. Bu görüş növbəti işgüzar əməkdaşlıq üçün stimul verdi”.

"Yeni qanun dövlətə problem yaradacaq”

Hüquqşünas Levan Alapishvili hesab edir ki, prezident mülkiyyətə zəmanət verən Konstitusuya normalarını pozub. O deyir ki, bu qanun tezliklə dövlətə problemlər yaradacaq. Məsələn, bu günlərdə Dövlət Universitetinin rəhbərliyi yeni qanunun qüvvəyə minməsindən qorxub polis gücünə sakinlərin özbaşına tutduğu binadan çıxarılmasını tələb etdi. Düşünürəm ki, bundan sonra dövlət əmlakının özəlləşdirilməsi kütləvi problemlər yaradacaq. Məhkəmə xərcləri isə vergi ödəyənlər üçün heç də kiçik məbləğ olmayacaq”.

İndi parlamentin qərarına yalnız Konstitusiya Məhkəməsi qadağa qoya bilər. Gürcüstan banklarının Assosiasiyası qanundan şikayət verməyə hazırlaşır. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol