• $
  • €
  • ₽
  • ₺
  • £

Mendeleyev cədvəlinə dörd yeni element əlavə edildi

Mendeleyev cədvəlinə dörd yeni element əlavə edildi
05.01.2016 11:05
Mendeleyev cədvəlinə 113,115,117 və 118 nüvə nömrəli dörd element əlavə edilib, RİA Novosti Beynəlxalq nəzəri və tətbiqi kimya İttifaqının saytına istinadən məlumat yayıb (IUPAC).

Oxu.Az xəbər verir ki, yeni elementlərin alınmasında əsas çətinlik onların daha yüngül elementlərin, öncə məlum olmayan və müəyyənləşdirilməsi lazım olan izotoplarına bölünmələrindən ibarətdir. Dörd elementin hər biri süni yol ilə sintez edilib.

Təbiətdə urandan ağır, yəni nüvə nömrəsi 92-dən artıq olan element mövcud deyil. Onları süni sintez yolu ilə əldə edirlər. RIKEN institutunun alimlərini Mendeleyev cədvəlinin "ypaoniye” adlandırıla biləcək 113-cü elementinin yaradıcısı kimi qəbul ediblər.

Qeyd edilir ki, bu, Mendeleyev cədvəlində ilk "yapon” elementi olacaq.

115,117 və 118 nüvə nömrəli elementlərin təqdimatı isə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun, Kaliforniyada yerləşən Livermor Milli Laboratoriyasının və Tennesidə yerləşən Ok-Ric Milli Laboratoriyasının rus-amerikan işçi qrupunun alimlərinə məxsusdur.

Yeni elementlərə "müvəqqəti” adlar verilib, ununpentium (Uup), ununseptium (Uus) və ununoctium (Uuo), beş aydan sonra isə cədvəldə onların iki hərfli işarəsi ilə həqiqi adları da peyda olacaq.

Mendeleyev cədvəlinə son əlavə 2011-ci ildə edilib. Həmin dövrdə fleroviyum və livermorium adlanan 114 və 116-cı elementlər kəşf edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol