• $
  • €
  • ₽
  • ₺
  • £

Boris Nemtsovun qatilləri onu üçüncü cəhddə öldürə bilib

Boris Nemtsovun qatilləri onu üçüncü cəhddə öldürə bilib
06.01.2016 19:36
Rusiyalı siyasətçi Boris Nemtsovu öldürməkdə təqsirli bilinən Zaur Dadayev və Anzor Qubaşev qətl gününə kimi onu iki dəfə öldürməyə cəhd göstərdiklərini açıqlayıblar.
 
APA-nın "Rosbalt”a istinadən verdiyi məlumata görə, bu barədə onlar yazılı və görüntülü sorğular zamanı deyiblər.
 
Bildirilir ki, Parisdəki "Charlie Hebdo” jurnalına 7 yanvar tarixli silahlı hücuma qədər onlar Boris Nemtsovu öldürüb-öldürməmək məsələsində tərəddüd ediblər. Bu tarixdən sonra isə fevralın 27-nə qədər iki dəfə buna cəhd etsələr də, alınmayıb. "Nemtsovu 27 fevrala kimi 3 dəfə görmüşük. Ya məsafə, ya da vəziyyət cinayəti törətməyə imkan verməyib”,- deyə Anzor Qubaşev söyləyib. Zaur Dadayev də Nemtsova 2 dəfə atəş açmağa çalışdığını, lakin ətrafda insanların çoxluğu səbəbi ilə bunu edə bilmədiyini deyib.
 
Olay baş verən gün (27 fevral, 2015) hər iki şəxs Nemtsovun gəlmədiyini görüb, geri - öz "post”lartına qayıtmaq istəyiblər. Lakin daha yarım saat gözlədikdən sonra müxalif lider hadisə yerinə gəlib. Onlar əvvəlcə Kremlin yaxınlığında atəş açmaq istəməsələr də, qartəmizləyən maşının atəş səsini boğacağını düşünərək Nemtsovu güllələyiblər. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol