• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: "İran məzhəb qarşıdurması yaradır"

Ərdoğan: "İran məzhəb qarşıdurması yaradır"
12.01.2016 19:18
 "Rusiya İŞİD-lə mübarizə aparmır”.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin xaricdəki səfirlərinin ənənəvi illik toplantısında çıxış edərkən deyib. O bildirib ki, Rusiya Suriyada İŞİD-lə mübarizə aparmır: "Rusiya Lazkiyədə və onun ətrafında butik Suriya dövləti qurmaq üçün özünə məkan hazırlayır və bizim ordakı soydaşlarımızı, türkmən qardaşlarımızı bombalamağa davam edir”.
 
Türkiyə prezidenti çıxışında İran-Səudiyyə Ərəbistanı münasibətlərinə də toxunub və İranı məzhəbçilik siyasətində ittiham edib: "İran məzhəb ayrılıqlarını qarşıdurmaya çevirməklə yeni və təhlükəli vəziyyət yaratmağa çalışır. İranın Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə münasibətlərini məqsədli olaraq gərginləşdirməsi bu strategiyanın bir hissəsidir”.
 
R. T. Ərdoğan Səudiyyə Ərəbistanında edam olunanların əksəriyyətinin sünni "Əl-Qaida" üzvləri olduğunu vurğulayaraq ayətullah Nimr əl-Nimrin və digər 3 şiənin edamının bu dərəcədə qabardılmasının doğru olmadığını söyləyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol