• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə bu problemini həll etdi

Türkiyə bu problemini həll etdi
15.01.2016 23:10
Pegasus Airlines viza probleminin həllindən sonra Rusiyaya uçuşlarını davam etdirəcək.

Türk aviaşirkəti Pegasus Airlines yanvarın 15-dən Rusiyaya uçuşları bərpa edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin internet səhifəsində informasiya yerləşdirilib. 

"Reyslər yanvarın 4-dən dayandırılmışdı. Buna səbəb ekipaj üzvlərinin viza ala bilməməsi idi. Hazırda bu sənədlə bağlı problem tam həll edilib. Uçuşların bərpa edilməsinə Türkiyə Nəqliyyat Nazirliyi, eləcə də ölkənin Xarici İşlər Nazirliyi və mülki aviasiya idarəsi, həmçinin Rusiyanın Ankaradakı səfirliyi dəstək göstərib”, - deyə məlumatda qeyd olunur.

Yanvarın əvvəlindən Pegasus Airlines Rusiya Federasiyasına uçuşları dayandırdığını bəyan etmişdi. Bu qərar ekipaj üzvlərinin Rusiya vizasını ala bilməməsinə görə verilmişdi.

"Pegasus Airlines" Türk Hava Yollarından sonra Rusiyaya müntəzəm uçuşlar təşkil edən ikinci aviaşirkətdir. Bu şirkət Moskva və Krasnodara həftədə 7 reys həyata keçirir. "Pegasus Airlines"in uçuşlarını 66 təyyarə reallaşdırır. 

2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulması iki ölkə arasında münasibətləri gərginləşdirdi. 


Rusiyaya məxsus Su-24 qırıcısının vurulması


Bundan sonra Türkiyəyə bəzi sanksiyalar tətbiq edildi. Nəticədə Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoydu, çarter reyslərini ləvğ etdi, eyni zamanda, birtərəfli qaydada vizasız rejimi dayandırdı. 

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi xüsusi iqtisadi tədbirlər 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol