Suriya danışıqlarına təhlükə yaranıb

Əsas müxalifət qruplarının imtinası yanvarın 29-da Cenevrədə gözlənən Suriya sülh danışıqlarını təhlükə altında qoyur.
Səudiyyə Ərəbistanının dəstəklədiyi müxalifət qrupları koalisiyası danışıqlara qatılmayacağını bildirib, deyib ki, hökumətin mühasirədə olan şəhərlərə yardımı barədə razılaşma əldə olunmayınca danışıqlara getməyəcəklər.
Danışıqlarda Suriya kürdlərinin təmsilçiləri də olmayacaq, çünki Türkiyə onların qadağan olunmuş PKK-ya bağlı olduğunu bildirir.
ABŞ Dövlət Departamenti yanvarın 28-də Suriya müxalifətini danışıqlara qoşulmağa çağırıb. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















