• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə qadınları iş başına

Səudiyyə qadınları iş başına
29.01.2016 20:21
«Foreign Policy» yazır ki, Səudiyyə Ərəbistanında daha çox qadının işləməyə başlaması bu ölkədə sosial normaları dəyişir, nikahları da silkələyir.

Zakia Attar deyir ki, işi indi onun əri ilə münasibətini tənzimləyir: «O, mənə hörmət etməyə başlayıb. Deyir ki, arvadım dəyərlidir, istedadlıdır, mənə pul qazanır. Əvvəllər mən, sadəcə, arvad, aşpaz, dayə idim».

Yazıda vurğulanır ki, nə vaxtsa Attar-ın hekayəti Səudiyyə üçün mümkünsüz görünərdi. Ancaq Kral Abdullah qadınlara işləməyə icazə verdi. Bu gün krallıqda qadınlar mağazalarda işləyir, bizneslə məşğuldur, texnologiya şirkətlərinə, start-ap layihələrinə girişib. 2010-cu ildən bəri qadın işçilərin sayı 48 faiz artıb. Qadınlar arasında işsizlik isə 33 faizdir. Yəni getdikcə daha çox səudiyyəli qadın evdən çıxıb işə gedir.

Nə vaxtsa işləyən qızla evlənmək yasaq idi, belə çıxırdı, ailəsi onu saxlaya bilmir. İndi isə, əksinə, subaylar işləyən qadın axtarır, çünki ailəyə iki mənbədən qazanc gəlir. Ötən ilin birinci rübündə Səudiyyə Ərəbistanında 1.9 milyon işləyən qadından 1.3 milyonu ailəli olub. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol