• $
  • €
  • ₽
  • ₺
  • £

Obama məsciddə çıxış etdi

Obama məsciddə çıxış etdi
04.02.2016 12:40
Prezident müsəlman amerikalıları "Amerikanın mötəbər və vətənpərvər vətəndaşları” adlandırıb.

Barack Obama ABŞ prezidenti kimi ilk dəfə olaraq məscidə baş çəkərkən bildirib ki, "müsəlmanlara qarşı siyasi ritorikaya ölkədə yer olmamalıdır”.

Prezident müsəlman amerikalıları "Amerikanın mötəbər və vətənpərvər vətəndaşları” adlandırıb.

ABŞ mediası Barack Obama-nın dediklərini ilk növbədə prezidentliyə respublikaçı namizəd Donald Trump-ın antimüsəlman qeydlərinə cavab kimi qiymətləndirir.

Ağ Ev bildirib ki, prezidentin məscid səfəri dini azlıqların müdafiəsi naminə edilib.

Cənab Obama çıxışına, onun təbirincə deyilərsə, "ABŞ-da müsəlmanların ən az eşitdikləri iki sözlə” başlayıb: "Sağ olun”.

Prezidentin tam adı

Prezident Merilenddəki Baltimor cümə məscidində etdiyi çıxışda bildirib ki, amerikalı müsəlmanlar "azlığın hərəkətlərinə görə hədəflənir və günahlandırılırlar”.

O deyib ki, amerikalıların əksəriyyəti müsəlman sözünü ən çox terrorla bağlı xəbərlərdə və ya filmlərdə eşidirlər və İslam barədə lazımi bilikləri yoxdur.

O keçmişlərdə baş vermiş sentyabr terror basqınları və bu yaxınlarda olmuş Paris hücumları kimi hadisələri bütöv bir dinlə bağlamamağa çağırıb.

Bir sıra qəzetlər Barack Obama-ya qarşı əvvəllər daha tez-tez irəli sürülən ittihamları yada salıblar.

Bəziləri tam adı Barack Hüseyn Obama olan prezidenti "gizli müsəlmanlıqda” ittiham edirlər.

Bir başqaları isə Obama-nın məscidə yalnız indi, prezidentlik müddətinin sonunda baş çəkməsini elə bu kimi iddia və ittihamlarla bağlayıblar. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol