• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada Rusiya hərbi müşaviri öldürüldü

Suriyada Rusiya hərbi müşaviri öldürüldü
04.02.2016 18:49
Bundan əvvəl bir sıra Rusiya mənbələri xəbər vermişdilər ki, Suriya qoşunları ilə birlikdə Rusiya hərbçiləri də Hələb ətrafındakı blokadanı yarıblar

Suriyada minaatan atəşi nəticəsində Rusiyanın hərbi müşavirlərindən biri həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə hadisə bazar ertəsi baş verib.

Sözü gedən müşavir Suriya qoşun hissələrindən birinin mövqelərində olub. Elə bu vaxt həmin məntəqə İslam Dövləti adlanan təşkilat tərəfindən atəşə tutulub.

"Rusiya hərbi müşaviri Suriya ordusuna yeni silahın tətbiqinə dair təlim keçirdi, - deyilir rəsmi açıqlamada, - Bu silah Suriyaya iki ölkə arasında mövcud olan hərbi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində verilib”.

Həlak olmuş zabit ölümündən sonra dövlət mükafatına təqdim edilib.

Rusiya Müdafiə Nazirliyi nə hərbçinin, nə "yeni silahın”, nə də "dövlət mükafatının” təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl bir sıra Rusiya mənbələri xəbər vermişdilər ki, Suriya qoşunları ilə birlikdə Rusiya hərbçiləri də Hələb ətrafındakı blokadanı yarıblar. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol