Tayvanda zəlzələ: dağıntılar var

Tayvan adası ərazisində 6,7 bal gücündə zəlzələ baş verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri ölkənin cənub-qərbində yerləşən Qaosyun şəhəri yaxınlığında olub.
Zəlzələ adanın cənub hissəsində yerləşən Taynan şəhərində bir neçə evin dağılmasına gətirib çıxarıb.
Dağılan binalar arasında yaşayış kompleksi də var. Fövqəladə hallar orqanları zəlzələ nəticəsində dağılan 17 mərtəbəli binadan 123 nəfəri xilas ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















