• $
  • €
  • ₽
  • ₺
  • £

​Rusiya yeni devalvasiyaya əl ata bilər

​Rusiya yeni devalvasiyaya əl ata bilər
11.02.2016 12:00
 Rusiya hökuməti neftin qiymətinin büdcədə nəzərdə tutulan 50 dollar/barel həddindən təxminən iki dəfə aşağı olması səbəbindən büdcədə yaranan kəsiri milli valyuta - rublun devalvasiyası hesabına örtməyə çalışa bilər. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, maliyyə analitiklərinin fikrincə, Rusiya hökuməti büdcə kəsirini örtmək üçün rublun devalvasiya həddini qeyri-formal olaraq müəyyənləşdirmək imkanlarını araşdırır. Bu məqsədlə Rusiya Bankının (mərkəzi bank) valyuta bazarına müdaxiləsi (valyuta intervensiyası) artırıla bilər.
Hökumət rublun məzənnəsinin hər hansı hədəf səviyyəsini rəsmi açıqlamaq fikrində deyil. Rusiya Bankı hər bəyanatında rublun məzənnəsinin tələb və təklif əsasında formalaşdığını qeyd edir. Lakin rublun devalvasiyası üçün Mərkəzi Bankın əlində hər cür imkan var və əsas məqsəd neftin bir qədər də ucuzlaşması halında rublun möhkəmlənməsinə imkan verməməkdir.

Qeyd edək ki, Rusiya hökuməti 2016-cı il büdcəsində neftin baza qiymətini 50 dollar/bareldən götürsə də hələ ki, real qiymət 30 dollar/barel ətrafındadır. Qiymətlərin bu səviyyəsində büdcədə 3% kəsiri təmin etmək üçün 2,5 trln. rubl (31,7 mlrd. dollar) vəsaitə ehtiyac yaranır. Maliyyə naziri Anton Siluanov yaranan kəsiri örtmək üçün Ehtiyat Fondunun vəsaitlərindən istifadə edə biləcəklərini vurğulayıb. Dekabr ayında "Bank of America Merril Lynch" açıqladığı hesabatında neftin qiymətinin 30 dollar/barel səviyyəsində qalacağı təqdirdə Rusiyada dolların məzənnəsinin 100 RUR/USD-dən artıq olacağını proqnozlaşdırıb. Bankın ekspertləri bildiriblər ki, neft 40 dollar/barel olarsa, məzənnə 84 RUR/USD olmalıdır. 

Qeyd edək ki, hazırda Rusiyanın mütəşəkkil valyuta bazarında dolların məzənnəsi 79 rubla bərabərdir.

Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, dolların məzənnəsinin 1 rubl artması büdcə gəlirlərini 35-40 mlrd. rubl artırır. Lakin "BofA Merril Lynch"in baş iqtisadçısı Vladimir Osakovskiyə görə, rublun devalvasiyasının inflyasiyada xüsusi çəkisi 2015-ci ildə 60% təşkil edib. Hazırda yeni bir devalvasiya hökumətin 4% inflyasiya hədəfinə zərər yetirə bilər.

"Report"un analitik qrupu hesab edir ki, rublun yeni devalvasiyası MDB ölkələrinin milli valyutaları üzərində təzyiqi artıracaq və Rusiya ilə sıx ticarət əlaqələri olan ölkələr də valyutalarını ucuzlaşdırmağa məcbur olacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol