Tayvanda zəlzələ: Ölənləri sayı 108-ə çatdı

Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 108-ə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 98 nəfərin öldüyü təsdiq olunmuşdu.
Ölənlərdən 106-sı Taynan şəhərindəki 17 mərtəbəli yaşayış binasının sakinləridir. Son məlumatlara əsasən, 9 nəfərin taleyi məlum deyil, onları sağ tapmaq ehtimalı cüzidir.
Yerli hüquq-mühafizə orqanları binanı inşa edən şirkətin rəhbərlərini həbs edib. İlkin ehtimala əsasən, bina tikinti zamanı yol verilən səhlənkarlıq ucbatından yeraltı təkanlara tab gətirməyib.
Xatırladaq ki, fevralın 6-a keçən gecə Tayvanda 6,4 bal gücündə zəlzələ baş verib. Taynan şəhərinin müxtəlif bölgələrində 10-dək tikili qismən dağılıb, 17 mərtəbəli "Veyquan” yaşayış kompleksi isə tamamilə dağılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















