• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə yenə Suriyanı bombaladı

Türkiyə yenə Suriyanı bombaladı
14.02.2016 16:47
Türkiyə Silahlı Qüvvələri (TSK) növbəti dəfə PYD/PKK terror təşkilatının Suriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib.


ANN.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb.


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən də PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.


Eyni zamanda Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə tələb səsləndirib. Onun sözlərinə görə, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır.


"Onlar, həmçinin, humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, "Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir”- deyə, Davudoğlu bildirib.


Bu gün isə terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb.


"Reuters”in xəbərinə görə, Müslim "suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini” bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol