• $
  • €
  • ₽
  • ₺
  • £

​Çin devalvasiya etməyəcəyinə söz verib

​Çin devalvasiya etməyəcəyinə söz verib
29.02.2016 21:18
Çin hökuməti fevralın 26-27-də Şanxayda keçirilən G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitində devalvasiya etməyəcəyinə və islahatlar keçirəcəyinə söz verib. 

"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, G-20 iştirakçılarının fikrincə, 2008-ci ildən maliyyə tənzimçiləri tərəfindən tətbiq olunan monetar siyasətdə yumşalmalar iqtisadi artımı stimullaşdırmaq üçün kifayət etməyib. G-20 ölkələrinin hökumətləri ÜDM-i dəstəkləmək üçün fiskal metodlara əl atmalıdır. Buna baxmayaraq, sammitdə konkret fikirlər səslənməyib. Lakin iştirakçılar Çin hökumətinin ixracı və ÜDM-i artırmaq üçün yuanı zəiflətməyəcəyi barədə verdikləri zəmanəti müsbət qarşılayıblar.

G-20 iştirakçıları hazırda qlobal iqtisadiyyat üçün mövcud olan ən böyük risklərin maliyyə bazarlarının volatilliyi, ucuz xammal qiymətləri və B.Britaniyanın Avropa İttifaqından çıxma ehtimalının yaradacağı iqtisadi şok olduğunu bildirib. Qeyd edək ki, sonuncu amilin yarada biləcəyi risk ölkənin maliyyə naziri Corc Osbornun təşəbbüsü ilə kommunikeyə daxil edilib.

Sammitdə qəbul olunmuş müştərək sənəddə "ani valyuta məzənnəsi dəyişikliyi"nin yaradacağı əlavə risklər barədə yazılıb və bu mövzu əsas diqqət mərkəzində olub. Belə ki, ABŞ-ın maliyyə naziri Ceykob Lyuya görə, yuanın kəskin devalvasiyasının baş verməməsi maliyyə bazarlarında sabitliyin başlıca şərtidir. Çin Mərkəzi Bankının sədri Çjou Syaoçuan isə öz növbəsində sammit iştirakçılarını ixracı artırmaq naminə yuanı zəiflətməyəcəyini, ümumiyyətlə yuanın devalvasiyası üçün səbəb görmədiyini bildirib. O qeyd edib ki, Mərkəzi Bank xarici maliyyə şirkətlərinin (hedc fondları istisna olmaqla) daxili banklararası istiqraz bazarına daxil olmaq şərtlərini yumşaldıb. Bu bazarın həcmi 50 trln. yuan və ya 5,4 trln. dollara bərabərdir. Bu qərarın ölkədən kapital axınını azalacağına və borc bazarına yeni sərmayənin gəlməsinə şərait yaradacağı gözlənilir. MB sədri, həmçinin borc yükünün ÜDM-də xalis çəkisinin yüksək olduğunu və hər keçən gün daha da artdığını qeyd edərək, bu problemə diqqət ayrılmasının vacibliyini vurğulayıb.

"Report"un analitik qrupu hesab edir ki, Çin MB-nin zəmanətinə baxmayaraq, yuan üzərində təzyiqlər davam edəcək və bu il ərzində yuanın devalvasiyası baş verəcək. Çinin yüksək borc səviyyəsi və ÜDM-dəli azalma investorları bu ölkədən vəsaitlərini çəkməsinə səbəb olacaq. Bu il ərzində CNY/USD məzənnəsinin 7,2 həddinə çatacağı ehtimal edilir. Bundan başqa, Şanxay Fond Birjasında investorların risklərini azaltmaq məqsədilə səhmlərdə satışı davam etdirməsi və nəticədə, "Şanxay Composite" indeksinin 2 000 səviyyəsinə yaxınlaşacağı proqnozlaşdırılır. Hazırda indeks 2 700 bəndə yaxındır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol