• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Vaşinqton Əsədi məyus etdi

Rəsmi Vaşinqton Əsədi məyus etdi
29.05.2020 02:48
"Biz Suriyadakı məzhəb müxtəlifliklərini nəzərə almadan bu ölkəni bütöv bir şəkildə qəbul edirik” 

ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat sözçüsü Con Kirbi deyib. Atəşkəs razılaşmasından sonra ölkənin bütövlüyünü qoruyacaq bir hökumət qurulmasının vacibliyini deyən Kirbi kürdlər üçün yarı-muxtar bir bölgə yaradılmasını istəmədiklərini bildirib.  

Jurnalistlərdən birinin, "Suriyalı kürdlər dəfələrlə bu ölkədə federal sistemə keçilməsini tələb ediblər. ABŞ bunu dəstəkləyirmi?” – sualına, ABŞ-ın belə bir planı olmadığını deyərək cavab verib.

"Əgər məndən kürdlər üçün yarı-muxtar bir bölgə yaradılmasını istəyib-istəmədiyimi soruşursunuzsa cavabım "xeyr”dir. Suriyada federal dövlət qurulması barədə fikirlərimizi dəfələrlə demişik. Yenə də təkrar edirəm. Suriyada məzhəb müxtəlifliyinə baxmadan biz bu ölkəni bir bütöv olaraq görürük.”  

Kirbi Suriyada insidentlər azaldıqdan sonra rejim və müxaliflər arasında diplomatik danışıqlar başladığını deyib.

"Başa çatmamış olmaqla yanaşı seçkilərin necə keçiriləcəyi barədə müzakirələr başlayıb. Əgər müvəffəq olunarsa Suriya xalqının ehtiyaclarına cavab verəcək bir hökumət qurulması təmin olunacaq.”  

Seçkinin qalibi Bəşər Əsəd olacağı təqdirdə ABŞ-ın bunu necə qarşılayacağı barədə suala isə Kirbi bu ölkənin gələcəyində Əsədin yeri olmadığını deyib.

 
"ABŞ-ın Əsədlə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Bu istiqamətdə fikirlərimiz çox açıqdır. Hesab edirik ki, Suriyanın gələcəyində Əsədin yeri yoxdur. Suriyada Əsədin olmadığı bir hökumət qurulmasını istəyirik.”

Ötən həftə Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiyanın təşəbbüsü ilə Suriyada atəşkəs razılaşması əldə olunub. Ölkədə silahlı qüvvələr arasında atəşkəsi nəzərdə tutan qətnamə Birləşmiş Millər Təşkilatı Təhlükəsizlik Şurasının (BMTTŞ) iclasında səs çoxluğu ilə qəbul edilib.   

Qərara görə Suriyada atəşkəsə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi həyata keçirilir. 2254 saylı qətnamədə, Suriyada humanitar yardım karvanlarının təcili olaraq ehtiyac içində olan xalqa çatdırılması, ölkədə siyasi keçid prosesinin başladılması və Suriyanın müqəddəratına xalqın qərar verməsi tələb olunur.  

BMT-nin baş katibi Pan Ki Mundan 15 gün ərzində bu qətnamənin həyata keçiriləcəyinə dair Təhlükəsizlik Şurasına hesabat verməsi tələb olunmuşdu.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol