• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” alış-veriş üçün səslə ödənişə imkan yaradır

“Google” alış-veriş üçün səslə ödənişə imkan yaradır
05.03.2016 16:30
"Google” şirkəti kontaktsız ödənişlər prosesini sadələşdirmək məqsədi daşıyan eksperimental "Hands Free” layihəsini təqdim edib. 

Yeni "Hands Free” xidməti alıcıya alış-veriş üçün ödənişi cibdən pul kisəsini və ya smartfonu çıxartmadan "Mən Google ilə ödəniş edəcəyəm” (I’ll pay with Google) ifadəsini işlətməklə həyata keçirməyə imkan verəcək.  

"ICTnews” Elektron Xəbər Xidməti "Vesti” resursuna istinadən yazır ki, "Hands Free” əlavəsi artıq "Android” sistemli qurğular (Jelly Bean 4.2+) və "iPhone” modelləri (4S+) üçün buraxılsa da, kontaktsız ödəniş funksiyası hələ ki sınaq rejimində işləyir. Hazırda "səslə” yalnız San-Fransiskonun bir neçə mağaza və kafesində ödəniş etmək mümkündür.

"Hands Free” servisi "Android Pay” ödəniş funksiyası ilə əlaqəsi olmayan müstəqil mobil proqramdır. Yeni sistem insanın olduğu yeri "Wi-Fi”, "Bluetooth LE”, lokasiya xidmətləri və smartfonda quraşdırılan digər ötürücülər vasitəsilə müəyyən edir. İstifadəçi "Mən Google ilə ödəniş edəcəyəm” deyəndən sonra satıcı "Hands Free”yə əvvəlcədən quraşdırılan inisial və fotoşəkilin uyğunluğunu tutuşdurur.

Bundan başqa, bir sıra mağazalarda alıcının şəxsiyyətini avtomatik təsdiq edən kameralar quraşdırılıb. Kameraların çəkdiyi şəkillər dərhal silinir, ticarət nöqtələri isə bank kartı məlumatlarından istifadə etmək imkanına malik deyillər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol