• $
  • €
  • ₽
  • ₺
  • £

BMT baş katibindən çağırış

BMT baş katibindən çağırış
11.03.2016 10:17
İran Silahlı Qüvvələrinin ballistik raketlərin sınaq buraxılışını həyata keçirməsiylə bağlı informasiyanın yayılmasından sonra BMT baş katibi Pan Gi Mun rəsmi Tehranı təmkinli olmağa və regionda gərginliyin artmasının qarşısını almağa çağırıb.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Pan Gi Munun hesabatında deyilir.

BMT baş katibi xatırladıb ki, birgə hərtərəfli fəaliyyət planının başlandığı gündən etibarən Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların ləğvi haqqında qərar qəbul edib.
Plan 2015-ci ilin iyulunda İran və "altılıq qrupu" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ tərəfindən qəbul edilib.

"BMT baş katibi İranı nüvə silahı daşıya bilən ballistik raketlərdən istifadəni, eləcə də onların sınaq xarakterli olsa da, buraxılışlarını dayandırmağa çağırıb" - bəyanatda deyilir.
O, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə nə dərəcədə riayət olunmasıyla bağlı məlumatları yoxlayacağını da sözlərinə əlavə edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol